Qubada kəndin məktəb, yol və örüş problemi
Просмотров: 7
Общество
Yolumuz Qubanın ən qədim yaşayış məntəqələrindən olan Buduq kəndinədir. Rayon mərkəzindən 38 km, dəniz səviyyəsindən isə 2200 metr yüksəklikdə yerləşən Buduğa getmək heç də asan deyil. Buna səbəb kənd yolunun 14 km-lik hissəsinin acınacaqlı vəziyyətdə olmasıdır.
Bərbad yol səbəbindən yay qış fərq etmir kəndə yalnız 2 oxlu yəni yolsuzluq avtomobilləri getmək mümkündür. Sakinlər deyir ki, uzun illərdir rayona gediş-gəlişin çətinliyi səbəbindən bir vaxtlar 3 min sakini olan Buduqda indi cəmi 28 ailə yaşayır.
Buduq sakinləri yolla yanaşı, məktəb problemindən də əziyyət çəkir. Kənddə ibtidai məktəb fəaliyyət göstərsə də ötən tədris ilində birinci sinif sagirdləri təhsildən kənarda qalıb.
Əsas məşğuliyyətləri mardarlıq olan sakinləri narahat edən məsələlərdən biri də örüş sahəsi ilə bağlıdır. Dediklərinə görə, mal-qaranı otarmaq üçün yer yoxdur.
Çəkiliş zamanı əraziyə gələn Buduq bələdiyyəsinin sədri Vaqif Həsənov bildirdi ki, kəndin 7091 hektar ərazisi var. Bunun 4 min hektarı isə Buduq inzibati ərazi dairəsinə aid olan kənd sakinlərinin istifadəsindədir. O ki, qaldı örüş sahəsinin başqa vətəndaşlara icarəyə verilməsinə bələdiyyə sədri sakinlərin iddihamının əsassız olduğunu bildirdi.
Birinci sinif sagirdlərinin təhsildən kənarda qalmasına gəlincə kənd ibtidai məktəbinin direktoru Afiq Niftəliyevin sözlərinə görə, problemə məktəblilərin vaxtında qeydiyyatdan keçməməsi səbəb olub.
O ki, qaldı kənddə 9 illik məktəbin fəaliyyətə başlamasına Quba-Xaçmaz Regional Təhsil İdarəsindən bildirildi ki, hazırda kənddə şagird sayı az olduğu üçün bu mümkünsüzdü. Gələcəkdə şagirdlərin sayında artım olarsa məsələyə yenidən baxıla bilər. Kənd sakinlərin ən ağrılı yeri olan yol məsələsinə isə Quba rayon icra hakimiyyətindən aydınlıq gətirildi. İcra başçısının birinci müavini Tariyel İbrahimov qeyd etdi ki, 2012-ci ildə kənd yolu bələdiyyə tərəfindən cari şəkildə təmir olunub. Yolun əsaslı təmiri ilə bağlı isə aidiyyatı üzrə AYDA-ya müraciət edilib. AYDA-nın Quba 5 saylı yol istismar idarəsindən isə məsələyə bu cür münasibət bildirildi.
Belə əziz Buduq sakinləri biz problemlərinizi işıqlandırmaqla üzərimizə düşəni etdik. İndi növbə rəsmilərindi. İnanırıq ki, növbəti dəfə Buduğa müasir yolla gedəcəyik...

Комментарии 0
Войдите, чтобы написать комментарий
Комментариев пока нет. Напишите первый.