RU
Загрузить видео

Quba sakininin problemi niyə həll edilmir?

Просмотров: 7 Общество
Qubanın I Nügədi kənd sakini Valid İsgəndərov əlillik dərəcəsi ala bilməməsindən şikayətçidi. Onun sözlərinə görə, 2006-cı ildən səhhətində problem yaranıb. O vaxtdan indidək 4 dəfə əməliyyat və mütamadi müalicə almasına baxmayaraq səhhətində irəliləyiş olmayıb. Hazırda Valid İsgəndərov ürək çatışmazlığı, ağciyərin xroniki xəstəliyi və böyrək çatışmazlığından əziyyət çəkir. Müsahibim deyir ki, 2018-ci ildən bəri əlillik dərəcəsi almaq üçün müraciət etsə də hər dəfə ona imtina cavabı gəlib.

Valid İsgəndərov xəstə olduğu halda əlillik dərəcəsi üçün etdiyi müraciətlərə imtina verilməsi ilə razılaşmır. Bu səbəbdən də əyani şəkildə müayinə olunamasını istəyir.

Vətəndaşın şikayəti ilə bağlı DTSERA-ya müraciət etdik. Müraciətimizdən sonra Valid İsgəndərov DTSERA-nın yerli TSEK tərəfindən əyani müayinə olunub. Qanunvericiliyə uyğun olaraq tezliklə onunla bağlı qərar veriləcək.

Комментарии 0

Войдите, чтобы написать комментарий

Комментариев пока нет. Напишите первый.