Qəhrəman, döyüşçü, müəllim...
Просмотров: 28
Общество
Gördüyünüz bu şəxs yalnız sinif otağında deyil, döyüş meydanında da dərs keçməyi bacardı. Şərəfli sözü onun həm sənətini, həm də vətənə xidmətini ehtiva edir.
Kimliyini əyan edək. 27 nömrəli tam orta məktəbin informatika müəllimi, Füzuli və Şuşanın azad olunmasına görə medalları ilə təltif olunan 2-ci Qarabağ müharibəsi iştirakçısı Elvin Səlimov.
O, 4 ildir müəllim kimi gələcək nəsillərin yetişməsində, əsgər kimi isə düşmənə qarşı 44 günlük Vətən Müharibəsində sinəsini irəli verən şəxsdir.
İndi şagirdləri ona baxanda tək müəllimini deyil, həm də qəhrəmanını görür.
Elə bunun özü ən nümunəvi örnəkdir.
Artıq ötən il əyani dərslərin keçirilməsinə baxmayaraq o haqq mübarizəsi başlayan kimi könüllü olaraq döyüşlərə yollanıb.
Elvin Səlimov Vətən Müharibəsində iştirak edən 671 nəfər müəllimdən biridir.
Elvin müəllim peşə bayramını bu gün artıq qalib ölkənin aydınlarından biri kimi qeyd edir. O deyir ki, şagirdlər torpaqlarımızın işğalı deyil, azad olunduğu tarixi öyrənəcək. İndi isə bir istəyi qalıb...
Bayramınız mübarək, qəhrəman müəllim. Siz həqiqi səadət yolunu tapmaqda yol göstərən şəxssiniz. Həm müəllim, həm də döyüşçü kimi.

Комментарии 0
Войдите, чтобы написать комментарий
Комментариев пока нет. Напишите первый.