Oğuzda çaqqallar insanları parçaladı
Просмотров: 3 391
Общество
Oğuz rayonunda çaqqal insanlara hücum edib.
Oxu.Az ARB TV-yə istinadən xəbər verir ki, hadisə zamanı vəhşi heyvan 3 nəfəri yaralayıb.
Yaşadıqları həyətyanı sahəyə soxulan heyvan həyətdə söhbət edən qadınlardan biri - 33 yaşlı Aynur İbrahimovanı qol və ayağından yaralayıb.
Həyətdəkilərin qışqırıq səsini eşidənlər köməyə gəliblər. Bu zaman çaqqal onların üstünə hücum çəkib.
Xəsarət alan şəxslər Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar, onlara ilk tibbi yardım göstərilib, quduzluq əleyhinə iynə vurulub.
Sakinlər son vaxtlar kənddə çaqqal və canavar hücumlarının sayını artdığını bildiriblər.
Aynur İbrahimova - Zərərçəkən: "Söhbət edərkən gəldi tutdu. Birinci ayağımdan sonra da qolumdan yapışdı".
Xəyalə Müzəffərova - Sakin: "Biz qışqırdıq, daş atdıq buraxmadı. Ayağından buraxdı, qolundan yapışdı. Uşaq daş atandan sonra buraxdı".
Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Комментарии 0
Войдите, чтобы написать комментарий
Комментариев пока нет. Напишите первый.