Müəssisələrin insafına möhtac əlillər
Просмотров: 8
Общество
Tural Qəhrəmanov ikinci qrup əlildir. O, iş tapmaq üçün yaşadığı Qazax rayonunda müxtəlif yerlərə üz tutub. Lakin dediyinə görə, fiziki məhdudiyyətli olduğu üçün müraciətləri nəticəsiz qalıb. Eyni aqibətlə Şəki rayonundan olan Yusif Novruzlu da qarşılaşıb. O, Bakıya gəlmək qərarına gəlib ki, 1 saylı əlillər mərkəzində oymaçılığın sirlərini öyrənsin. Qanunvericiliyə görə, müəssisələr əlilləri işlə təmin etməyə borcludurlar. Azərbaycanda ümumilikdə 600 minə yaxın əlil var. 2017-ci il ərzində fiziki məhdudiyyəti olan 900 nəfər işlə təmin olunmaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edib ki, onlardan da 358-i müəssisələrə qəbul edilib. Fiziki məhdudiyyətli insanlar cəmiyyətin ayrılmaz hissəsidirlər. Psixoloqlar bildirir ki, onların inteqrasiyası üçün müxtəlif yollar var. Belə təsir vasitələrindən biri də motivasiya, stimuldur. Xarici ölkələrin əksəriyyətində əlillərin işlə təmin edilməsi məcburiyyət kimi qoyulmasa da, müəssisə rəhbərlərinin özləri buna təşəbbüs göstərirlər. Çünki bu həmin şirkətlərin nüfuzuna müsbət təsir göstərməklə yanaşı, sahibkarlara müəyyən güzəştlər də verir. Onlar mənfəət vergisindən azad olunurlar.
Комментарии 0
Войдите, чтобы написать комментарий
Комментариев пока нет. Напишите первый.