RU
Загрузить видео

İstixana məhsulları zərərlidirmi?

Просмотров: 12 Общество
Havalar soyuyar-soyumaz piştaxtalardakı təbii məhsullar istixana məhsulları ilə əvəzlənir. Gübrələrdən yerli-yersiz istifadə, həmçinin təbii şəraitdə yetişməməsi həmin məhsulların zərərli olması ilə nəticələnir. Mövsümi olmayan bu qidalar nə qədər təhlükəlidi? Sıradakı reportajdan biləcəksiz.
Satıcılar isə istixana məhsullarına kifayət qədər təlabat olduğunu deyirlər. Əsas problem qiymətin baha olması ilə bağlıdır. Ekspertlərsə deyir ki, sü­ni yol­la ye­tiş­di­ri­lən mey­və-tə­rə­vəz­lə­r tə­bii yol­la ye­tiş­ən­lər­ə nisbətən dadsız olur. İstixanada yetişdirilən Kənd Təsərrüfatı mallarına izafi gübrələr, nitritlər vurulur ki, bu da keyfiyyətə təsir edir. Həkimlərsə istixana məhsullarının orqanizmə mənfi təsirini önə çəkir. Məhsulların yetişməsi üçün istifadə olunan kim­yə­vi mad­də­lər, hor­mon­lar müxtəlif xəstəliklərin yaranmasına gətirib çıxarır. Mütəxəssislərin fikrincə, ilin hər fəslində sağlam qidanın yetişdirilməsi üçün bu sahə ilə məşğul olanların müntəzəm maarifləndirilməsi şərtdir. Təcrübəsizlikdən irəli gələrək, gübrələrdən yerli-yersiz istifadə zərərli məhsulun yetişməsi ilə nəticələnir. Pro­se­sə cid­di nə­za­rətlə problemin qarşısını almaq mümkündür.

Комментарии 0

Войдите, чтобы написать комментарий

Комментариев пока нет. Напишите первый.