RU
Загрузить видео

İpəkçilikdə kadr çatışmazlığı var

Просмотров: 6 Общество
İpəkçilikdə son illər yaşanan dirçəliş bu sahədə bəzi problemləri də üzə çıxarıb. Uzun fasilədən sonra yenidən tam gücü ilə işləməyə cəhd göstərən Şəki İpək kombinatı ixtisaslı kadrların azlığından əziyyət çəkir. İpəkçiliyin durğunluq dövründə bu sahədə kadr yetişdirilməməsi, köhnə kadrların başqa iş tapmaları və yaş orqumenti ixtisaslı kadrları yoxa çıxarıb. Kombinatın uzun müddət fəaliyyət göstərməməsi təcrübəli kadrlarını itirməsi ilə nəticələnib. Yenidən fəaliyyətini bərpa edən, 2016-ci ildə 3 ay, 2017-ci ildə isə 6 ay işləyən kombinatın 2018-ci ildən etibarən bütün il boyu işləməsi gözlənilir. Bu səbəbdən də işi bilən gənc və təcrübəli kadrlara ehtiyac var. Peşə məktəbləri təlabat olan sahələrdə kadrları yetişdirməyə üstünlük verir. Hazırda Şəkidə iki peşə məktəbi fəaliyyət göstərir. Əsasən turizm yönümlü kadrlar hazırlanır. Əlbəttə bir zamanlar burada da baramaaçan, toxucu və bu sahədə digər ixtisaslar üzrə kadrlar yetişdirilib. Ancaq bu ixtisaslara olan təlabat azaldığından 10 ildir ki, bağlanıb. Nəzərə alsaq ki, Şəki İpək ASC-nin fəaliyyəti 2025-ci ilə kimi tam gücü ilə bərpa olunacaq, o zaman ixtisaslı kadrların yetişməsi prosesi biraz da tezləşdirər. Nəticədə minlərlə insan üçün gəlir mənbəyi yaranmış olar.

Комментарии 0

Войдите, чтобы написать комментарий

Комментариев пока нет. Напишите первый.