RU
Загрузить видео

Gəncədə ana doğuşdan sonra öldü

Просмотров: 160 Общество
Gəncədə uşaq dünyaya gətirən ana vəfat edib.

APA TV-nin qərb bürosunun məlumatına görə, Samux rayon sakini, 1988-ci il təvəllüdlü Gülmirə Sədrəddin qızı Eyyubova dünən Gəncə şəhər Abbas Səhhət adına 1 saylı xəstəxananın doğum şöbəsində qeysəriyyə yolu ilə uşaq dünyaya gətirib.

Əməliyyatdan bir neçə saat sonra - gecə saatlarında qadının vəziyyəti pisləşib və o, dünyasını dəyişib.

Məlumata görə, bu, G. Eyyubovanın 3-cü övladı olub.

Faktla bağlı araşdırma aparılır.

Комментарии 0

Войдите, чтобы написать комментарий

Комментариев пока нет. Напишите первый.