RU
Загрузить видео

“Eşşəklərimiz Bethovenə, Baxa qulaq asırlar”

Просмотров: 1 Общество
Kleopatranın gözəlliyi ilə bağlı deyilmiş rəvayətlərdən biri də belədir ki, o, hər gün eşşək südündə vanna qəbul edirmiş.
Gündə cəmi bir ovucluq süd verən heyvanların bu məqsədlə istifadəsi o qədər real görünməsə də, ölkəmizdə də eşşək südünün xalq təbabətində öz yeri var.
Astma, göy öskürək kimi xəstəliklərə çarə olaraq məsləhət görülən bu vasitə artıq daha əlçatandır. Belə ki, Bakıda yeni yaradılmış eşşək ferması pasterizə edilmiş südü müştərilərin ünvanına çatdıracağını vəd edir.
“Qafqazinfo” olaraq biz də eşşək fermasında olub yaradılmış şəraitlə yaxından tanış olduq.
Əvvəlcə onu qeyd etmək lazımdır ki, eşşəklərin gözləri nə qədər gözəldirsə, qoxusu bir o qədər ağır və qalıcıdır. Odur ki, həmsöhbətimiz, fermanın nümayəndəsi Ülvi Hidayətzadə bizə fermanın içində çox qalmamağı məsləhət görür: “Qoxusu qalıcıdır və yuyulmadan getmir”.

Комментарии 0

Войдите, чтобы написать комментарий

Комментариев пока нет. Напишите первый.