RU
Загрузить видео

Əmisinin qisasını alan şəhidimiz

Просмотров: 15 Общество
Qolundan və ayağından qəlpə yarası alsa da ürəyindəki vətən sevgisi onu yenidən döyüşlərə qatılmağa vadar edir. Qorxmazlığı, fədakarlığı ilə yoldaşlarına örnək, nümunə olur.

1993-cü ildə Birinci Qarabağ müharibəsində şəhid olan əmisi Bayram Abdullayevin də qisasını alır.

Xocavənddə gedən döyüşlərdə ömrünün 18-ci yaşında şəhadətə ucalır. Söhbət 44 günlük Vətən Müharibəsində adını tarixə yazdıran əsgər Nihad Abdullayevdən gedir.

Hər kəs kimi Nihadın da arzusu var idi.

Qəhrəman döyüşçü sonuncu dəfə şəhidliyindən 3 gün əvvəl ailəsi ilə telefonda danışıb və hər şeyin yaxşı olduğunu, tezliklə evə dönəcəyini deyib.

Qəhrəman döyüşçü 2002-ci il aprelin 13-də Ağstafa rayonunda anadan olub. 2008–2019-cu illərdə Əmirxan Hüseynov adına 1 saylı Ağstafa rayon tam orta məktəbində təhsil alıb.

2020-ci ildən ordu sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Vətən müharibəsi zamanı Füzuli və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.

İgid döyüşçü noyabrın 9-da Xocavənddə gedən döyüşlər zamanı şəhid olub. O, Ağstafa Şəhidlər Xiyabanında dəfn olunub. Ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunub.

İndi onun və onun kimi mərd, qəhrəman oğullarımızın uyuduğu müqəddəs xiyabanlar xalqımızın and yerinə çevrilib.

Комментарии 0

Войдите, чтобы написать комментарий

Комментариев пока нет. Напишите первый.