RU
Загрузить видео
Bakı əhalisinə şad xəbər

Это видео сейчас нельзя воспроизвести.

Bakı əhalisinə şad xəbər

Просмотров: 769 Общество
Havaların soyuması ilə əlaqədar Azərbaycanda mənzillərə istiliyin verilməsinə vaxtından tez başlanıb.

Sfera.az xəbər verir ki, bununla bağlı Bizim.Media-ya "Azəristiliktəchizat” ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev məlumat verib.

Onun sözlərinə görə, bu gündən müraciətlər əsasında qazanxanaların açılmasına başlanılıb:

"Kim müraciət edir və ödənişə təminat verirsə, onların qazanxanalarını işə salırıq”.

Rafiq Əliyev bildirib ki, dağ və dağ ətəyi rayonlarda noyabrın 1-dən istiliyin verilməsinə başlanıb.

Qeyd edək ki, dağ və dağətəyi rayonlarda istilik sisteminin noyabrın 1-dən işə salınacağı əvvəlcədən bəlli olsa da, digər rayonlarda, eləcə də Bakıda noyabrın 15-dən qış mövsümünə keçidin baş tutacağı açıqlanmışdı.

Ümumilikdə "Azəristiliktəchizat” 554 qazanxanadan 184 minə yaxın mənzilə, 281 məktəbə, 160 uşaq bağçasına, 161 səhiyyə müəssisəsi və 1980 sosial obyektə istilik verir.

Комментарии 0

Войдите, чтобы написать комментарий

Комментариев пока нет. Напишите первый.