RU
Загрузить видео

Azyaşlı 44 saylı avtobusda konduktorluq edir

Просмотров: 21 Общество
Bakıda 44 saylı marşrut xətti üzrə fəaliyyət göstərən sərnişin avtobusunda azyaşlı uşaq konduktor kimi çalışır. O, avtobusun gedəcəyi əraziləri deyərək sərnişinləri səsləyir. Bu vəziyyət azyaşlıların məcburi əməyə cəlb edilməsi probleminin hələ qaldığını deməyə əsas verir.
Görüntülər Nizami rayonu ərazisində həmin avtobusdakı sərnişinlərdən biri tərəfindən qeydə alınıb.
Qeyd edək ki, bu kimi hallar həm cinayət, həm də inzibati xətalar məcəllələrində öz əksini tapıb. Əgər uşağın məcburi əməyə cəlb edilməsi halı ilk dəfə baş verirsə və onun sağlamlığına təsir etmirsə, bu, İnzibati Xətalar Məcəlləsi ilə tənzimlənir və belə şəxslər 100-300 manat məbləğində cərimələnir.

Cinayət Məcəlləsinə görə isə, bu hal ardıcıl baş verərsə və uşağın sağlamlığına zərər vuran hansısa bir amil varsa, belə hallara yol verən şəxslər 7 ildən 10 ilə qədər azadlıqdan məhrum edilir.

Комментарии 0

Войдите, чтобы написать комментарий

Комментариев пока нет. Напишите первый.