RU
Загрузить видео

Azərbaycanda yeni limon sortu yetişdirilib

Просмотров: 14 Общество
Lənkəranda məhsuldarlığı ilə seçilən yeni limon sortu yetişdirilib.

Xezerxeber.az-ın məlumatına görə, mütəxəsisslər yeni limon sortu olan "Meyer ağçiçək" sortunun tədqiqatına 2016-cı ilən başlayıblar. Tədqiqatın məqsədi isə Lənkəran bölgəsi şəraitində limon bağlarında mövcud olan az yayılmış yerli sortların morfoloji, bioloji və təsərrüfat xüsusiyyətlərinin artırılmasıdır.

Nəticədə AMEA Lənkəran Regional Elmi Mərkəzində yeni limon sortu yetişdirilib. Bu sort digər sortlardan 70 faiz məhsuldarlığı ilə seçilir.

AMEA Lənkəran Regional Elmi Mərkəzinin direktoru Fərman Quliyev deyir ki, gələcəkdə bu sortların artırılaraq təsərrüfatlara verilməsi, ölkə ərazisində sitrus bağlarının intensiv inkişaf etdirilməsinə imkan verəcək.

Qeyd edək ki, AMEA-nın Lənkəran Regional Elmi Mərkəzində yeni çay sortları da yetişdirilir.



Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Комментарии 0

Войдите, чтобы написать комментарий

Комментариев пока нет. Напишите первый.