RU
Загрузить видео

7 şəhidin xatirəsi əbədiləşdirilib

Просмотров: 3 Общество
Xətai rayon icra hakimiyyətinin təşkilatçılığı ilə Birinci və İkinci Qarabağ müharibəsində şəhid olmuş 7 nəfərin Azərbaycanın Milli Qəhrəmanı gizir Tahir Bağırovun, polkovnik-leytenant Babək Ramaldanovun, leytenant Vüqar Yarəhmədovun, Denis Əliyevin, Toğrul Ağalarlının, Orxan İsmayılovun və Elmir Umudlunun oxuduğu 59 nömrəli tam orta məktəbin həyətində onların xatirəsinə həsr olunmuş lövhənin açılış mərasimi keçirildi.

Tədbirdə Xətai Rayon İcra Hakimiyyətinin nümayəndələri, şəhidlərin ailə üzvləri, yaxınları, ictimaiyyət nümayəndələri, mədəniyyət xadimləri, qazilər, o cümlədən məktəb kollektivi və şagirdlər iştirak etdilər.

Mərasimdə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi ehtiramla yad edildi sayğı duruşu nümayiş etdirildi.

Açılış mərasimində çıxış edənlər vətən oğullarının 44 günlük savaşda keçdikləri döyüş yolundan, göstərdiləri misilsiz qəhramanlıqlarından söz açdılar onların xatirələrinin xalqımızın yaddaşında əbədi qalacağını bildirdilər.

Tədbirin sonunda xatirə lövhəsinin önünə gül dəstələri qoyuldu, şəhidlərin adını əbədiləşdirmək üçün onların xatirəsinə 7 çinar ağacı əkildi.

Комментарии 0

Войдите, чтобы написать комментарий

Комментариев пока нет. Напишите первый.