Yanğın təhlükəsizliyi müzakirə olunub
Просмотров: 9
Последние новости
Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar və Kənd Təsərrüfatı nazirliyinin birgə təşkilatçılığı ilə Xaçmazda təbiət ərazilərində yanğın təhlükəsizliyi mövsusunda tədbir keçirildi.
Tədbirdə şimal rayonlarının icra hakimiyyəti başçılarının müavinləri, hüquq mühafizə orqanlarının əməkdaşları, fermer və sahibkarlar iştirak etdi. Tədbirdə çıxış edən Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev bildirdi ki, ötən il ölkə ərazisində 15060 yanğın hadisəsi baş verib. Nəticədə 38 nəfər həyatını itirib. Nazir müavini qeyd etdi ki, yanğın hadisələrinin qarşısını almaq məqsədilə maarifləndirmə işləri mütəmadi davam etdirilməlidir.
Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev bildirdi ki, ölkəmizdə baş verən yanğınların 98 faizi insan faktoru ilə bağlıdır. Nazir müavini vurğuladı ki, kənar müdaxilələr içərisində ən əsası taxıl zəmiləri biçildikdən sonra od vurulmasıdır.
Tədbirdə qeyd olundu ki, ötən il ölkə ərazisində 400 hektara yaxın meşə, 300 hektara yaxın isə biçilməmiş taxıl sahəsi yanıb. Həmçinin bildirildi ki, əhalinin kütləvi toplaşdığı bütün növ xidmət və ticarət obyektlərində baş verə biləcək fövqəladə hal, qəza risklərinin müəyyən edilməsi və çatışmazlıqların aradan qaldırılması məqsədi ilə yoxlamalar aparılacaq.Təhlükəsizlik qaydalarını pozan şəxslər ciddi şəkildə cəzalandırılacaq.

Комментарии 0
Войдите, чтобы написать комментарий
Комментариев пока нет. Напишите первый.