Yağış yağacaq, külək əsəcək – PROQNOZ
Просмотров: 555
Последние новости
Dekabrın 2-nə gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu Bakıda gecə 4-6, gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi 774 mm civə sütunundan 770-ə enəcək. Nisbi rütubət 55-65 % təşkil edəcək. Azərbaycanın rayonlarında əsasən yağmursuz hava olacaq. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-7, gündüz 7-11° isti, dağlarda gecə 3-7° şaxta, gündüz 0-3° şaxta olacaq.
Комментарии 0
Войдите, чтобы написать комментарий
Комментариев пока нет. Напишите первый.