Vergi məcəlləsinə dəyişiklik edilir
Просмотров: 37
Последние новости
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib. İclasda Vergi Məcəlləsində dəyişiklik edilməsi məsələsi müzakirə edilib. Layihəni Dövlət Vergi Xidmətinin idarə rəisi Nicat İmanov təqdim etdi. O, əvvəlcə aksiz dərəcəsi artırılan məhsullar barədə məlumat verdi. Layihəyə əsasən, tütündən hazırlanan siqaretlər və onun əvəzedicilərinin 1000 ədədinə tətbiq olunan 35 manat aksiz dərəcəsi 38,5 manata qaldırılır.
Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli isə dedi ki, aksiz dərəcələrinin tədricən artırılması prosesi davam edəcək.
Dəyişikliklər layihəsində mühərrikinin həcmi 3000 kubsantimetrdən çox və istehsal tarixi 3 ildən artıq olan minik avtomobillərinə görə aksiz dərəcələri artırılması, istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışının, habelə elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının idxalının 3 il müddətinə ƏDV-dən azad edilməsi nəzərdə tutulur.
Vətən müharibəsində şəhid olanların ailəsi və qazi olan şəxslərlə bağlı vergi güzəştləri təklif olunur.
Daha sonra millət vəkilləri təkliflərini səsləndirdilər.

Комментарии 0
Войдите, чтобы написать комментарий
Комментариев пока нет. Напишите первый.