RU
Загрузить видео

Vaksinasiyanın həyatımıza təsiri nədir?

Просмотров: 34 Последние новости
Normal həyata qayıtmağın yolu peyvənd olunmaqdır
Var olduğu 1 ildən çox bir müddətdə dünyada 3 milyondan çox insanın ölümünə səbəb olan koronavirus eyni zamanda 160 milyondan çox insanın bədənində yaşayıb.

Mütəxəssislər bu virusdan can qurtarmağın əsas yolunu qaydalara əməl etməklə yanaşı peyvənd olunmaqda görürlər. Dünya təcrübəsi də onu göstərir ki, peyvəndləmə prosesi sürətlə gedən bir çox ölkələrdə artıq normal həyat bərpa olunmağa başlayıb. İtaliya, Fransa, Böyük Britaniya və s.

Azərbaycana gəlincə isə hələ ilk vaxtlardan müəyyən tədbirlər görülməyə başlayıb. İlk vaksinasiya prosesinə start verən ğılkələr sırasında yer alıb və ölkəmizə 3 müxtəlif ölkədən vaksinlər gətirilib bununla da insanların seçim şansı artıb. Hazırda vətəndaşların sürətlə vaksinasiya prosesi həyata keçirilir.

Şəhərdə apardığımız sorğuların nəticələrinə əsasən deyə bilərik ki, vətəndaşların çoxu elə əvvəlki həyatı üçün darıxıb və buna görə koronavirusa qarşı peyvənd olunub.

Vətəndaşların bəziləri isə müəyyən xəstəlikləri olduğu üçün vaksin vurdura bilməyiblər.

Baş infeksionist Təyyar Eyvazov müsahibəsində elə bu barədə danışıb.

İri ticarət mərkəzlərində,parklarda,kafe və restoranlarda yaxınlarımız, dostlarımızla deyib-gülmək üçün hər birimiz darıxmışıq. Darıxdığımız günlərə qayıtmaq isə öz əlimizdədir. Peyvənd olunmalıyıq. Bunu biz yox bünya təcrübəsi deyir.

REAL

Комментарии 0

Войдите, чтобы написать комментарий

Комментариев пока нет. Напишите первый.