RU
Загрузить видео

Türkiyəli nazir Bakıda olub

Просмотров: 13 Последние новости
Türkiyənin ailə və sosial xidmətlər naziri Dərya Yanık Azərbaycanda rəsmi səfərdədir.

Nazir Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad etdi, məzarı önünə gül dəstələri düzdü.

Səfər çərçivəsində Dərya Yanık şəhidlər xiyabanda ölkəmizin müstəqilliyi və azadlığı uğrunda şəhid olan qəhrəmanları da andı.

Daha sonra nazir iki ölkənin qardaşlığını əks etdirən Türk Şəhidliyi abidəsini ziyarət etdi. Jurnalistlərə açıqlama verən türkiyəli nazir bildirdi ki, Bakıda keçirəyi görüşlərdə əməkdaşlıq istiqamətləri və birgə layihələr müzakirə ediləcək Nazir qeyd etdi ki, səfər çərcivəsində o həm də mədəniyyət paytaxtı Şuşaya yollanacaq.

Qeyd edək ki, Türkiyənin ailə və sosial xidmətlər naziri Derya Yanıkın rəhbərlik etdiyi nümayəndə heyəti iyulun 19-21-də Azərbaycanda rəsmi səfərdə olacaq.

Комментарии 0

Войдите, чтобы написать комментарий

Комментариев пока нет. Напишите первый.