RU
Загрузить видео

Türkiyəli generallar artıq Bakıdadır

Просмотров: 2 471 Последние новости
Xəbər verdiyimiz kimi, Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar, Baş Qərargah rəisi General Yaşar Gülər və Türkiyə Silahlı Qüvvələrinin komandanları ilə birlikdə Azərbaycana səfərə gəlib.

Oxu24.com xəbər verir ki, türkiyəli generallar artıq paytaxt Bakıdadırlar.

Türkiyəli generalları Heydər Əliyev Beynəlxalq Hava Limanında, Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Azərbaycan Müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələrinin Komandanı general-leytenant Ramiz Tahirov, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral qarşılayıb.

Qeyd edək ki, Türkiyənin geniş tərkibdə hərbi nümayəndə heyəti Azərbaycan-Türkiyə quru qoşunları və hərbi hava qüvvələrinin birgə döyüş atışlı taktiki və taktiki-uçuş təlimlərinin Yüksək Səviyyəli Müşahidəçi günü çərçivəsində təlimlərin birinci mərhələsinin son epizodunu izləyəcək.

Комментарии 0

Войдите, чтобы написать комментарий

Комментариев пока нет. Напишите первый.