RU
Загрузить видео

Təmiz kənd çolpası necə yetişdirilməlidir?

Просмотров: 45 Последние новости
Bilirsiniz ki, uzun illərdi sağlam, orqanik qidalanmaya üstünlük verirəm. Satışdakı əksər qidlardan uzaq dururam. Şəkərdən, ağ çörəkdən, duzdan bacardığım qədər az istifadə edirəm. Eləcə də ət məhsullarından vacib olmadıqca, istifadə etməməyə çalışıram. Unutmayın ki, marketlərdə satılan bütün qablaşdırma məhsullarını biz asanlıqla evdə özümüz də hazırlaya bilərik. Bu əvvəl çətin görünsə də, faydasını, aradakı kəskin fərqi gördükcə insan daha da həvəslənir, adamda daha güclü stimul yaranır. Tək çarəsini tapa bilmədiyim şey ət məhsulları idi. Bunun da yolunu tapdım. Tovuzda bir təəssərüfat qurduq. Orada cücə saxlamağa başladıq. Əvvəl sırf özümüz üçün nəzərdə tutmuşduq. Sonra istəyən çox oldu deyə, böyütməyə qərar verdik. Artıq tam təbii formada böyüdülən, qarğıdalı və buğda ilə qidalandırılan kənd çolpalarının satışına da başladıq. İnanın ki, dadından doymaq olmur. Ən əsası da, bilirsən ki, bu məhsul tam təbiidir.

Təssərüfatımız Tovuzun Əyyublu kəndindədi. Havası təmiz, suyu təmiz, cənnət bir yerdi. Meyvəsinin, göyərtisinin, tərəvəzinin, ətinin dadına söz olmayan bu rayonun torpağının tərkibi yüksək maqneziumla zəngindi. Buna görə də orada yetişən məhsullar, oranın təbiətində böyüyən ətlik heyvanlar maqnezyumla zəngin olurlar. Maqneziyum isə bizi xərçəng kimi dəhşətli bəlalardan uzaq tutan elementlərdən biridi.

Bizim təəssərüfatımızda çolpalar ildə 3 dəfə yetişdirilir. Yanvar ayından başlayaraq iyulun ortalarına qədər davam edir. Bu müddət ərzində təqdim etdiyim nömrə ilə əlaqə saxlayıb sifariş edə bilərsiniz. Əminəm ki, dadından və təbiiliyindən razı qalacaqsınız. Buna şəxsən mən söz verirəm. Həm təmizlənmiş, həm də diri formada satış olur. Sifarişlər isə minimum 10 dənədən başlayır. Çəkiləri 700 qram, 1 kilo 200 qram arası dəyişir. Təqdim etdiyim nömrə ilə əlaqə saxlayıb istədiyiniz qədər sifariş verə bilərsiniz.



- Sağlamlıq axtarışında kanalı

Комментарии 0

Войдите, чтобы написать комментарий

Комментариев пока нет. Напишите первый.