Şuşada etiraz aksiyası
Просмотров: 328
Последние новости
Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində Azərbaycanın ekoloji sahə üzrə ixtisaslaşmış qeyri-hökumət təşkilatları faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşada etiraz aksiyası keçirir.
Yenilik.az xəbər verir ki, QHT nümayəndələri və aktivistlər Qarabağ iqtisadi rayonunda həyata keçirilən ekoloji terrorun dayandırılmasını tələb edirlər.
Ərazidə çadırlar qurulub. Aksiya iştirakçıları faydalı qazıntı yataqlarına, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına etiraz edir, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyətin həmin yataqlarda monitorinq aparılmasına Rusiya sülhməramlıları tərəfindən şərait yaradılmasını tələb edirlər.
Erməni separatçılarının dekabrın 10-da monitorinqə imkan verməməsinə kəskin etiraz bildirilir, bununla bağlı lazımı tədbir görmədiyinə görə Rusiya sülhməramlılarının komandanı Andrey Volkovla görüş tələb olunur.
“Hazırda aksiya iştirakçıları üç çadır qurur. Biz çadırlarda yerləşəcəyik”, - deyə aksiya iştirakçılarından biri saytımıza bildirib.
Aksiyada Azərbaycanın 100-dən çox QHT nümayəndəsi iştirak edir.

Комментарии 0
Войдите, чтобы написать комментарий
Комментариев пока нет. Напишите первый.