Şuşada abadlıq işləri görülür
Просмотров: 15
Последние новости
Azad Şuşa indi abadlaşır. Mədəniyyət paytaxtımızda binalar tikilir, tarixi abidələr bərpa edilir, infrastruktur yenidən qurulur. İşlər fasiləsiz aparılır. Azərbaycan dövləti bu şəhərə bütün gücünü səfərbər edib.
Şuşada evlərin inşasına start verilib. Şəhər meriyası binası əsaslı şəkildə təmir edilir və onun yanında yeni konfrans zalı inşa olunur.
Qeyd edək ki, konfrans zalı meriya binasına bitişik olacaq və orada yaxın gələcəkdə ən mötəbər tədbirlər keçiriləcək.
Bərpa və quruculuq işləri həmçinin dahi Bülbülün ev muzeyində də aparılır.
Bundan başqa bütün sadalanan işlərlə paralel, Şuşa enerji ilə təmin edilir.
Şuşada yaradılan Rəqəmsal İdarəetmə Mərkəzində Azərbaycanda və possovet məkanında ilk yeni sistem məhs burda tətbiq edilir.
Bura isə Keçmiş poçt binasıdır. Burda “ASAN Xidmət”və DOST mərkəzi həmçinin əhaliyə xidmət göstərən digər qurumlar yerləşəcək. Poçt binası memarlığı saxlanılmaq şərti ilə əsaslı şəkildə təmir olunacaq.
Heydər Əliyev Fondu Şuşada 3 məscidi əsaslı şəkildə bərpa edir, eyni zamanda, yaxın aylarda inşası başlanacaq yeni məscidin bünövrəsi qoyulur.
Bunlardan savayı Şuşamızda 960 şagirdlik məktəb, 90 çarpayılıq xəstəxana inşa edilir. Tikinti işlərinə xeyli sayda canlı qüvvə və texnikalar cəlb olunub. Hər kəs bir yumruq kimi böyük qayıdışa hazırlaşır.

Комментарии 0
Войдите, чтобы написать комментарий
Комментариев пока нет. Напишите первый.