Subartezian quyuları təmir edilir
Просмотров: 17
Последние новости
Tovuz Suvarma Sistemləri İdarəsi 24 min hektara yaxın torpaq sahəsinin suvarılmasını Tovuz çay, Axınca çay, Əsrik çay, Zəyəm çay, Axınca çay su anbarı, Tovuz çay su anbarı, Kür çayının sağ sahilində inşa edilmiş üç pilləli nasos stansiyası, Kür çayının sol sahilində yerləşən Qızıl Ulğun nasos stansiyası və Ağstafaçay Hidroqovşağının sağ sahil kanalı ilə həyata keçirir. İdarə tərəfindən su itkisinin qarşısının alınması üçün kanallar və arxlar lildən və kol kosdan təmizlənir, çay məcralarında tənzimlənmə işləri aparılır. Bundan başqa kanallar üzərində olan hidrotexniki qurğular da temir olunur. Su itkisinin qarşısının alınması istiqamətində torpaq məcralı kanallara beton üzlük çəkilir.
Rayonunda suvarmanın 8 min hektardan çoxu subartezian quyuları vasitəsi ilə həyata keçirilir ki, bu quyuların da sazlığı diqqətdə saxlanılır. Hər il rayon ərazisində yeni quyular qazılır, mövcud quyular təmir edilir.
Tovuz Suvarma Sistemləri İdarəsinin apardığı meliorativ tədbirlər nəticəsində hər il Tovuz rayonunda əkilən kənd təsərrüfatı təyinatlı bitkilərin məhsuldarlğı artır. İstər taxıl, istər bostan-tərəvəz, istərsə də meyva bağlarında bol məhsuldarlıq əldə edilir.
Qeyd edək ki, sərhəd kəndlərinin su təminatının yaxşılaşdırılması üçün Tovuz rayon Ağdam kəndində 250 ha torpaq sahəsinin suvarılması üçün 1 ədəd 2 aqreqatlı nasos stansiyasının tikintisi davam etdirilir.
REAL

Комментарии 0
Войдите, чтобы написать комментарий
Комментариев пока нет. Напишите первый.