RU
Загрузить видео

Sosial müdafiə və dayanıqlı inkişaf

Просмотров: 7 Последние новости
4 milyon 200 nəfər sosial islahatlardan yararlanıb



"Sosial müdafiə tədbirləri dayanıqlı inkişaf məqsədlərində əhatə olunan hədəflərlə birbaşa bağlıdır.



Azərbaycan hökuməti və sosial tərəfdaşlarımız sosial müdafiə siyasətinə məhz Dayanıqlı İnkişaf gündəliyi çərçivəsində baxır".



Bunu "Sosial müdafiə və Dayanıqlı İnkişaf" mövzusunda keçirilən konfransda Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli bildirib.



O, Əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin artırılması ilə bağlı çoxşaxəli tədbirlər həyata keçirildiyini deyib.



Nazir müavini bildirib ki, sosial müdafiə sahəsində həyata keçirilən islahat tədbirləri 4 milyon 200 min nəfər vətəndaşı əhatə edib. onun sözlərinə görə,



Bu ilki islahat tədbirləri vasitəsilə minimum əmək haqqının məbləği 93 faiz artırılıb. bu artım həm də orta aylıq əmək haqqının təxminən 15 faiz artırılmasına səbəb olacaq, pensiyanın minimum məbləği isə 72 faiz artacaq.



Nazir müavini deyib ki, müavinət və təqaüdlərin artırılması, bir də problemli kreditlərlə bağlı həyata keçiriliən tədbirlər isə 2 milyon 100 min nəfər vətəndaşı əhatə edib.

Комментарии 0

Войдите, чтобы написать комментарий

Комментариев пока нет. Напишите первый.