RU
Загрузить видео
Sərbəst buraxılan Kəramət Böyükçöldən ilk açıqlama

Это видео сейчас нельзя воспроизвести.

Sərbəst buraxılan Kəramət Böyükçöldən ilk açıqlama

Просмотров: 1 716 Последние новости
Ötən gün polis tərəfindən saxlanılan və artıq sərbəst buraxılan yazıçı Kəramət Böyükçöl yaşanan hadisələrlə bağlı açıqlama verib.

“MediaPost” xəbər verir ki, Kəramət günlərdir gərgin olduğunu və problemlər qarşısında özünü aciz hiss etdiyini deyib: “Ürəyim partlayırdı, dözə bilmirdim. Ən adi problemlərin qarşısında özümü aciz hiss edirdim, bezmişdim, yorulmuşdum. Reallıqlarla barışa bilmirdim. Belə bir vəziyyətdə emosiyalarımı saxlaya bilmədim, canlı yayın açıb kobud ifadələrlə çıxış etdim, statuslar yazdım. Bütün hallarda nə olur-olsun içkili bir vəziyyətdə, içində qeyri-etik ifadələrin yer aldığı o cür çıxışlar etməməli idim”.

Yazıçı cəmiyyət üçün bir-iki çıxışın qurbanı olacaq, bir-iki sərxoş çıxışa görə silinib atılacaq adam olmayacağına inanmaq istədiyini deyib: “Bir az yaşamaq istəyirəm, qızıma, oğluma görə yaşamaq istəyirəm. Yeni əsərlər yazmaq istəyirəm. Polisdən buraxılmışam, hal-hazırda xəstəxanadayam. Müalicə almağa başlamışam. Özümü vahimə içində, yorğun və o qədər ümidsiz, halsız hiss edirəm ki, bu cəhənnəm quyusundan məni ancaq sizin dəstəyiniz, təsəlliniz çıxara bilər. Ümid edirəm ki, yaxşı olacam”.

Комментарии 0

Войдите, чтобы написать комментарий

Комментариев пока нет. Напишите первый.