RU
Загрузить видео

Şanlıurfada hərbi canlanma

Просмотров: 8 Последние новости
Türkiyənin Suriya ilə sərhəddi Şanlıurfada hərbi canlanma müşahidə edilir.



Bu barədə REAL-ın Türkiyə bürosu məlumat verib. Türkiyə zirehli texnika və hərbçilərini Suriya ilə sərhəddə toplayır.



Şanlıurfadakı 20-ci Zirehli Tugay Komandanlığından çıxan zirehli maşınlar və əsgərləri daşıyan hərbi maşınlar gecə saatlarından Türkiyə-Suriya sərhəddindəki Akçakale yaşayış məntəqəsinə çatıb. Geniş təhlükəsizlik tədbirlərinin görüldüyü ərazidə hərbiçilər ABŞ-la birlikdə yaradılan Müştərək Hərəkat Mərkəzi-nin yerləşdiyi 3-cü Hudut Alay Komandanlığı-na giriş ediblər. Bu arada İraqın Şimalında aparılan hərbi əməliyyatlar zamanı Zap bögəsinə də hava zərbələri endirilib.



TMN-nin (Türkiyə Müdafiə Nazirliyi) verdiyi məlumata görə TSQ (Türkiyə Silahlı Qüvvələri) hava zərbələri nəticəsində 2 PKK-lı terrorçunu zərərsizləşdirə bilib.

Комментарии 0

Войдите, чтобы написать комментарий

Комментариев пока нет. Напишите первый.