RU
Загрузить видео

Şamaxıda su təchizatı daha da yaxşılaşdırılır

Просмотров: 86 Последние новости
Respublikanın kənd və qəsəbələrində əhalinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə “Azərsu” Açıq Səhmdar Cəmiyyəti daxili imkanları hesabına Şamaxı şəhərinin Püdrəki yaşayış massivində və rayonun Bağırlı kəndində yeni layihələrin icrasına başlayıb. Uzun illərdir içməli su çatışmazlığından əziyyət çəkən sakinlər bulaqdan istifadə edirdi və maşınlarla uzaq məsafədən su daşımaq məcburiyyətində qalırdı. Artıq problemlər gedirdə qalır.

2019-cu ildə dövlət proqramına uyğun olaraq su təminatı zəif olan Bağırlı kəndinə Oğuz-Qəbələ-Bakı su kəmərindən magistral xətt və kənddaxili paylayıcı şəbəkə yaradılıb və müxtəlif nöqtələrdə ümumi istifadə üçün su bulaqları quraşdırılıb. Əhali bulaqlara qanunsuz qoşulmalar etməsi səbəbindən ciddi su itkisinə yol verilməklə yanaşı, kəndin bəzi ərazilərinə suyun verilişində problemlər olurdu. Bunları nəzərə alaraq kənddə mərkəzləşmiş şəbəkənin yaradılması üçün layihə hazırlanıb və cəmiyyətin daxili imkanları hesabına icrasına başlanılıb.

Artıq hər bir evə su xətlərinin çəkilməsi və sayğacların quraşdırılması işləri yekunlaşmaq üzrədir. İşlər tam başa çatdıqdan sonra hər bir ev təsərrüfatı kodlaşdırılacaq, suyun dəqiq uçotu aparılacaq və vətəndaşlar istifadə etdikləri suyun dəyərini ödəyəcəklər. Şamaxının Bağırlı kəndi ilə qonşuluqdakı digər kəndlərdə də mərkəzləşdirilmiş içməli su şəbəkəsinin yaradılması nəzərdə tutulur.

Eyni zamanda Şamaxının Püdrəki yaşayış massivinin dayanıqlı içməli su təchizatının aparılması məqəsdilə anbar sahəsində yeni nasos stansiyası quraşdırılıb və 1 km uzunluğunda daşıyıcı xətt tikilib. Bu işlərin görülməsi ilə yaşayış massivində mövcud 150 abonentin su təchizatl əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb. Bununla yanaşı həmin massivin inkişaf zonasında yeni tikilmiş 100-dən artıq fərdi yaşayış evinin mərkəzləşmiş su təminatı məqsədilə layihə hazırlanıb və yaxın gələcəkdə icrasına başlanılacaqdır.

Комментарии 0

Войдите, чтобы написать комментарий

Комментариев пока нет. Напишите первый.