RU
Загрузить видео

Rusiyada parlament seçkiləri keçirilir

Просмотров: 49 Последние новости
Rusiya Dövlət Dumasına VIII çağırış üzrə seçkilər başlayıb.

“Birlikdə seçirik” şüarı altında keçirilən parlament seçkiləri 3 gün davam edəcək. Paralel olaraq ölkə üzrə regional və yerli orqanlara da seçkilər keçirilir.

Seçkilərin nətciəsi olaraq Rusiya parlamentinin aşağı palatasına 5 il müddətinə 450 deputat seçiləcək. Qeydiyyatdan keçmiş 14 siyasi partiyadan 3910 ,Təkmandatlı dairələrdən isə 2062 namizəd deputat adı uğrunda mübarizə aparır.

Rusiyada parlament seçkiləri tarixində bu il ilk dəfə 7 region üzrə - Moskva, Nijni Novqorod, Yaroslavl, Kursk, Murmansk və Rostov vilayətlərində seçicilər onlayn şəkildə səs verə biləcəklər.

Bundan başqa 9 region üzrə qubernator, 39 region üzrə isə yerli parlament nümayəndələri də bu seçkilərdə müəyyənləşdiriləcək.
Çəkiliş apardığımız 73 saylı seçki məntəqəsində isə seçkilərin ilk gününün və onlayn səsvermənin olduğunu nəzərə alsaq seçici fəallığının zəif olduğunu qedy edə bilərik.

Seçkiləri müşahidə edən Vahid Rusiya partiyasının nümayəndəsi isə hələ ki, seçki prosesində qanun pozuntusu olmadığını bildirdi.

"Seçkilər əla keçir. Heç bir qayda pozuntusu yoxdur. Vətəndaşlar gəldikdə biz təşəbbüs göstərib, yardım edirik və ya yönləndiririk. Həmşinin çəkliş qrupları gəldikdə də, bizdə olan imkanlar barədə məlumat veririk. Hər hansı bir problem olsa onun aradan qaldırılmasına çalışırıq".

Mərkəzi Seçki Komisyasından isə bidlirildi ki, seçki prosesinə mane olmaq üçün Komissiyanın saytına xarici ölkələrdən haker hücumları qeydə alınır.

Nəzərinizə çatdıraq ki, Bu il 143 xarici ölkədə 348 seçki məntəqəsi qurulub. Xaricdə olan seçicilərin bir hissəsi də onlayn üsulla səs verə bilər. Koronavirus pandemiyası ilə əlaqədar bu parlament seçkilərində xarici ölkələrdən və beynəlxalq təşkilatlardan müşahidəçilərin sayı xeyli azdır. Seçkiləri müşahidə etmək üçün təxminən 300 müşahidəçi Rusiyaya dəvət olunub. Onların arasında MDB müşahidəçilər missiyasının tərkibində Azərbaycandan Milli Məclisin deputatları da var.

REAL TV, Rusiya

Комментарии 0

Войдите, чтобы написать комментарий

Комментариев пока нет. Напишите первый.