Rusiya ilə müttəfiqlik bizə nə qazandıracaq?
Просмотров: 6
Последние новости
Fevralın 22-də Azərbaycanla Rusiya arasında 43 maddəlik strateji müttəfiqlik Bəyannaməsi imzalandı. Prezident İlham Əliyevlə Rusiya prezidenti Vladimir Putinin imzaladığı bu sənəd Azərbaycanın bu gününə, gələcəyinə necə təsir göstərəcək?
Bir çox beynəlxalq ekspertlər düşünürlər ki, bu bəyannamə ilə Cənubi Qafqazda yeni bir regional nizam, konfiqurasiya formalaşır. Əsas oyunçular isə Azərbaycan, Türkiyə və Rusiyadır. Bu mənada, həm Türkiyə, həm də Rusiya ilə müttəfiqlik bəyannamələrinin imzalanması yeni konfiqurasiyanı rəsmən təsbit edir.
Onların fikrincə, hazırda qazandığımız hərbi zəfərin siyasi-diplomatik cəbhədə daha da möhkəmləndirilməsi, Azərbaycanın regionda yaratdığı yeni reallığın tam olaraq qəbul edilməsi mühüm əhəmiyyət kəsb edir. Hər iki bəyannamə də məhz bu məqsədə xidmət edir.
Deputat, Sosial Tədqiqatlar Mərkəzinin idarə heyətinin sədri Zahid Oruc APA TV-yə bildirib ki, prezident İlham Əliyevin uzun onillər ərzində apardığı siyasət bizi bütövlüyümüzə çatdırıb. O da düşünür ki, iki lider arasında bağlanmış müqavilə Azərbaycanın milli maraqlarına uyğundur: “Ona görə belə dəyərləndiririk ki, bi ilk növbədə Vətən Müharibəsinin nəticələrinin növbəti dəfə tanınması, ölkəmizin bütün coğrafiyası üzərində suverenlik və bütövlüyümüzün növbəti dəfə qeyd olunması deməkdir. Xüsusi olaraq biz vurğulamalıyıq ki, hazırda Azərbaycanla Ermənistan arasındakı münasibətlər qeyri-müəyyənlik fazasında davam edir. Belə olan təqdirdə Rusiyanın növbəti dəfə Cənubi Qafqazda Azərbaycana, özəlliklə onun bütövlüyünə hüquqi sənədlərlə təsbit edilməsi əlahiddə regional və beynəlxalq hadisədir. Bu sənəd Qarabağ məsələsinin bütövlükdə həllinin bitdiyinin, Minsk qrupu üzərindən hansısa bir formatda davam edib, əleyhimizə hansısa fəaliyyət aparmaq istəyənlərə “yox” deməkdir. Xüsusilə də artıq Ermənistanın xarici siyasət resursu, gücü, imkanı qalmayıb, sıfırlanıbdır. Ən yaxın zamanda nəinki dəhliz, bütövlükdə Azərbaycanın da, Türkiyənin də Ermənistanla bağlı məlum düşmənçiliyinin aradan qalxması və hər birinin nəhayətdə böyük görüşlərinin, bəlkə də yeni İrəvan müqaviləsinin imzalanmasına bir vəsilədir, buna doğru bir mərhələdir”.
Bəyannamənin iqtisadi tərəfinə gəlincə isə beynəlxalq ekspertlərin fikrincə, aparılan tədqiqatlar və monitinqlər göstərir ki, müttəfiqlik ölkələr arasında idxal-ixrac əməliyyatlarının genişlənməsinə, investisiyaların qoyulmasına şərait yaradır.
Deputat Vüqar Bayramovun da fikrincə, bu bəyannəmə Azərbaycana, digər tərəfdaşlıq sazişlərinə, o cümlədən Avropa İttifaqı və qardaş Türkiyə ilə münasibətlərə hər hansı mənfi təsir göstərmir: “Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. Nəzərə alsaq ki, ölkələr arasında ticarət dövriyyəsi 3 milyarddan artıqdır və eyni zamanda Rusiya Azərbaycanın qeyri-neft sektorunda əsas ticarət tərəfdaşıdır. Belə ki, ümumi qeyri-neft sektoru ixracatımızın təxminən 1/3-i Rusiyanın payına düşür. O baxımından təbii ki, Rusiya bir tərəfdən idxalda əsas ticarət tərəfdaşıdır. Qeyri neft sektorunda ümumi ixrac etdiyimiz məhsulların həcminə görə öndədir. Eləcə də ümumi ticarət balansında tərəfdaşlardan biridir. Təbii ki, Moskva bəyannaməsi bütövlükdə iqtisadi əlaqələrin inkişafına imkanlar yaradır. Çünki bəyannamə qarşılıqlı olaraq fundamental prinsipləri özündə ehtiva edir. Bu iqtisadi-ticarət əlaqələrinin inkişafına təsir göstərir”.
Deputat onu da əlavə edib ki, bu bəyannamədə mühüm məqamlardan biri də iki ölkə arasında qarşılıqlı faydalı iqtisadi, sərmayə və elmi-texniki əməkdaşlığın dərinləşdirilməsi və onların keyfiyyətcə yeni səviyyəyə qaldırılması öhdəliyidir. Bu xüsusda, hər iki tərəf bir-birinin maraqlarına zərər vuran istənilən iqtisadi fəaliyyətin həyata keçirilməsindən çəkinmək öhdəliyi götürüblər.

Комментарии 0
Войдите, чтобы написать комментарий
Комментариев пока нет. Напишите первый.