RU
Загрузить видео

Rusiya gəmiləri Xəzər dənizində

Просмотров: 17 Последние новости
Rusiyanın Xəzər dəniz donanması qoşunların döyüş hazırlığının yoxlanılması məqsədilə Xəzər hövzəsində dəniz zərbə qrupu tərəfindən şərti düşmənin məhv edilməsi üzrə təlimlər keçiriblər.

Bizim.Media xəbər verir ki, qrupa dairənin Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının təyyarələri dəstək verib.

Cənub Hərbi Dairəsinin mətbuat xidməti məlumata əsasən, təlimlərdə 20-dən çox gəmi, o cümlədən “Həştərxan” raket gəmisi, “Qrad Sviyajsk”, “Uqliç” və “Veliki Ustyuq” kiçik raket və artilleriya gəmiləri, təchizat katerləri, Su-30 SM və Su-34 təyyarələri iştirak edib.

Комментарии 0

Войдите, чтобы написать комментарий

Комментариев пока нет. Напишите первый.