RU
Загрузить видео

Qardaş ölkədən dəhşətli xəbər: 1000 ölü var

Просмотров: 3 312 Последние новости
İyunun 14-dən bu günə kimi Pakistanda davam edən leysan yağışlar nəticəsində həyatını itirənlərin sayı 982 nəfərə yüksəlib, daha 1 456 sakin yaralanıb.

Bu barədə Oxu24.com “Anadolu” agentliyinə istinadən xəbər verir.

Yağışlar nəticəsində 802 min 582 heyvan tələf olub, 682 min 139 evə ziyan dəyib.

Çadır şəhərciklərinə sığınanların sayı 498 min 833 nəfərə yüksəlib.

Bəlucistan əyalətində 6 bənddə iri çatlar nəticəsində bir çox bölgələrdə daşqınlar baş verib.

Hayber-Paxtunxva əyalətinin müxtəlif bölgələrində baş verən daşqın internet xidmətlərində fasilələrə səbəb olub.

Güclü yağış səbəbindən Pakistan-Əfqanıstan sərhədindəki Çaman sərhəd keçid məntəqəsi müvəqqəti bağlanıb.

Комментарии 0

Войдите, чтобы написать комментарий

Комментариев пока нет. Напишите первый.