Qar yağacaq - Xəbərdarlıq!
Просмотров: 954
Последние новости
Bu ərazilərə qar yağacaq – PROQNOZ AÇIQLANDI Dekabrın 24-nə gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu Bakıda gecə 5-7, gündüz 9-11° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunu, nisbi rütubət 60-70 % təşkil edəcək. Azərbaycanın rayonlarında əsasən yağmursuz hava gözlənilir. Lakin Lənkəran-Astara zonasında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 7-11° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq. Gecə və səhər dağlıq rayonlarda yollar buz bağlayacaq.
Комментарии 0
Войдите, чтобы написать комментарий
Комментариев пока нет. Напишите первый.