RU
Загрузить видео
Putin hərbi vəziyyət elan etdi

Это видео сейчас нельзя воспроизвести.

Putin hərbi vəziyyət elan etdi

Просмотров: 265 Последние новости
Rusiya Prezidenti Vladimir Putin hərbi vəziyyətin elan olunması haqqında fərman imzalayıb. APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə keçirilən müşavirədə bildirib.

O, Ukraynadan birləşdirilən “DXR”, “LXR”, Xerson və Zaporojye vilayətlərində hərbi vəziyyətin elan olunması barədə fərman imzaladığını söyləyib.

Vladimir Putin bildirib ki, Kiyev rejimi danışıqlardan imtina edib, Rusiyanın yeni ərazilərini atəşə tutmağa davam edir.

Ukraynanın Rusiya birləşdirilən ərazilərində hərbi vəziyyətin tətbiq olunması ilə bağlı fərmanı imzaladığını elan edən Putin qeyd edib ki, rəsmi Kiyev danışıqlardan imtina edib: “Yeni regionların Rusiyaya birləşdirilməsi barədə referendumun nəticələri qüvvəyə minib. Lakin Kiyev rejimi həmin regionların iradəsini tanımayıb, danışıqlardan imtina edib, Rusiyanın yeni ərazilərini terrorçu metodlarla atəşə tutmağa davam edir”.

Qeyd edək ki, “DXR”, LXR”, Xerson və Zaporojyedə hərbi vəziyyət oktyabrın 20-dən tətbiq olunacaq.

Комментарии 0

Войдите, чтобы написать комментарий

Комментариев пока нет. Напишите первый.