RU
Загрузить видео

Putin Əsədə əmr verdi: "Atəşkəsə əməl edəcəksən!"

Просмотров: 108 Последние новости
"Suriya ordusu BMT Təhlükəsizlik Şurasının (TŞ) müvəqqəti atəşkəs qərarına əməl etməlidir". APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, bu barədə Rusiya prezidenti Vladimir Putin təlimat verib.

Rusiyanın müdafiə naziri Sergey Şoyqunun açıqlamasında Dəməşq yaxınlığındakı Şərqi Qutada bu gündən etibarən 30 gün müddətində 5 saat ərzində atəşkəs qərarına riayət ediləcək.

Bundan əlavə, bölgədən çıxmaq istəyən dinc sakinlər üçün dəhliz açılacaq.

Xatırladaq ki, fevralın 24-də BMT TŞ Suriyada 30 günlük atəşkəs elan edilməsi ilə bağlı qərar qəbul edib. Suriyanın şimalında anti-terror əməliyyatları aparan Türkiyənin Xarici İşlər Nazirliyindən qərarı alqışladıqları bildirilib. Bununla belə rəsmi Ankara son 3 gün ərzində Afrində PYD/YPG-nin həmçinin Suriya ordusunun atəşkəsə əməl etmədiyini bəyan edib.

Комментарии 0

Войдите, чтобы написать комментарий

Комментариев пока нет. Напишите первый.