Polis Sumqayıtda da reyd keçirdi
Просмотров: 99
Последние новости
Tibbi maska taxmayan vətəndaşlar cərimələnib Market avtobus dayanacağı və şəhərdə ara məsafəsini gözləməyənlər. Bu görüntülər Sumqayıt şəhər polis idarəsi və dövlət yol polisi əməkdaşlarının birgə keçirdiyi reydəndir. Reyd zamanı avtobuslarda,ictimai iaşə yerlərində, tibbi maskadan istifadə etməyənlər barəsində inzibati qaydada protokol tərtib edilib. Bundan başqa marketlərdə də tibbi maskadan istifadə etməyənlər barəsində də inzibati tədbirlər görülüb. Daha sonra maskasız vətəndaşlara tibbi maska paylanıb. Xatırladaq ki, qapalı yerlərdə, dayanacaqlarda,ictimai nəqliyyat və digər ərazilərdə maska taxmamağa görə fiziki şəxslər,50,vəzifəli şəxslər 100,hüquqi şəxslər isə 200 manat məbləğində cərimə edilir. Təkrar törədildikdə isə həmin məbləğ müvafiq olaraq 2-ə vurulur.
Комментарии 0
Войдите, чтобы написать комментарий
Комментариев пока нет. Напишите первый.