RU
Загрузить видео

Ordumuzun təlimi başa çatdı

Просмотров: 5 Последние новости
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən mayın 16-dan 20-dək davam edən növbəti genişmiqyaslı təlimləri digərlərindən fərqləndirən əsas məqam bu təlimlərdə yeni mövzuların öz əkini tapmasıdır. Əməliyyat-taktiki təlimlərin uğurla başa çatdığını vurğulayan hərbi ekspert Ruslan İmanquliyevin fikrincə Ordumuzun 2 ci Qarabag müharibəsindən sonra geniş tərkibdə keçirdiyi hərbi təlimlər hibrit əsasda döyüşlərə hazır olmaq,düşmənə qarşı anti terror əməliyyatları həyata keçirmək üçün önəmli addim idi.

Təlimlərdə Vətən müharibəsində qazanılan döyüş təcrübəsi nəzərə alınmaqla əsas diqqət qoşunların idarəolunması, döyüşə hazırolma vəziyyətinə gətirilməsi və yenidən qruplaşması, o cümlədən ümumqoşun birlikləri, Raket və Artilleriya Qoşunları, aviasiya, Xüsusi Təyinatlı Qüvvələr arasında döyüş uzlaşması və qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsinə yönəldilib.Ehtiyatda olan polkovnik Rasim Muxtarov deyir ki, məhz bu təcrübənin digər hərbçilərimizlə bölüşdürülməsi ordu quruculuğu baxımından çox vacibdir.

Xatırladaq ki, Müdafiə nazirinin rəhbərliyi ilə keçirilən son təlimlərə 15000 nəfərədək şəxsi heyət, 300-dək tank və digər zirehli texnika, 400-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri, minaatan və tank əleyhinə vasitələr, 50-dək hərbi aviasiya və müxtəlif təyinatlı pilotsuz uçuş aparatları da cəlb edilib.

REAL

Комментарии 0

Войдите, чтобы написать комментарий

Комментариев пока нет. Напишите первый.