RU
Загрузить видео

Nəzarət-profilaktiki tədbirlər davam etdirilir

Просмотров: 1 Последние новости
Tovuz rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisindəki market və digər ticarət obyektlərində eləcə də əhalinin sıx olduğu yerlərdə də nəzarət-profilaktiki davam etdirilib.

Polis əməkdaşları tədbirlərdə tənəffüs yollarını qoruyan fərdi qoruyucu vasitələrdən, yəni tibbi maskalardan istifadə etməyən şəxslərə mövcud sanitar-epidemioloji tələblər izah olunmaqla yanaşı, COVİD-19 pasportu tələb olununan məkanlarda müştəri və işçi personallarının vaksinasiya olub-olunamasını yoxlayıb. Araşdırmalar zamanı karantin qaydalarını pozan şəxslər barəsində inzibati tədbir görülüb. Daha sonra monitorinq tədbirləri fəaliyyətinə qanunamüvafiq qaydada icazə verilən şadlıq evləri ilə davam etdirilib. Mərasimə dəvət olunan qonaqların COVİD-19 pasportlarının etibarlılıq müddətini yoxlanılıb. Araşdırmalar zamanı 2-ci dozanın qəbul edilməsindən 180 gün keçən vətəndaşlar sadlıq sarayına buraxılmayıb.

Bundan başqa Şöbə əməkdaşlarının vətəndaşlarda qanunsuz olaraq saxlanılan silahların aşkar edilməsi və gələcəkdə baş verə biləcək cinayətlərin qarşını almaq məqsədi ilə keçirdikləri tədbirlər nəticəsində rayon sakinlərinə məxsus müvafiq sənədləri olmayan 10 ədəd ov tüfəngi aşkar edilərək götürülüb. Götürülən silahlar müvafiq ekspertizaya təqdim edilib, araşdırmalar davam etdirilir.

REAL

Комментарии 0

Войдите, чтобы написать комментарий

Комментариев пока нет. Напишите первый.