RU
Загрузить видео

Naxçıvanda yeni şaxta açılır

Просмотров: 27 Последние новости
Ötən ildən başlayaraq Naxçıvanda yerləşən Duzdağda yeni şaxtanın açılması üçün işlər davam etdirilir. Xezerxeber.az-ın məlumatına görə, hazırda şaxtada texnoloji rejimə nəzarət edilir, burada havalandırma sistemi qurulub. Müəyyən olunmuş duz layına qədər 390 metr uzunluğunda tunel çəkilir. Tunelin 280 metrlik hissəsində işlər artıq başa çatdırılıb. Təhlükəsizlik məqsədilə metal dayaqlardan istifadə olunur, püskürtmə üsulu ilə betonlama işləri aparılır. Qeyd edək ki, müəssisənin ümumi ərazisi 15 min kvadratmetrdir. Burada tam avtomatlaşdırılmış, müasir standartlara cavab verən avadanlıqların quraşdırılması nəzərdə tutulub. Müəssisə istifadəyə verildikdən sonra burada yeni iş yerləri açılacaq, ildə 15 min ton saflaşdırılmış duzun istehsal olunması nəzərdə tutulub. Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Комментарии 0

Войдите, чтобы написать комментарий

Комментариев пока нет. Напишите первый.