RU
Загрузить видео

N.Patruşevin Bakı səfəri

Просмотров: 9 Последние новости
Ermənistan rəhbərliyinin son vaxtlar Dağlıq Qarabağ danışıqlarına zərbə vuran, ard-arda qeyri-adekvat çağırışlar etməsi ATƏT-in Minsk qrupununa aprıcı üzvü olan Rusiyanı ciddi narahat edir.



Bunu REAL-a müsahibəsində Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin Bakı səfərini şərh edən politoloq Arzu Nağıyev bildirib.



Politoloqun fikrincə Erməni tərəfinin başısoyuq bəyanatları regionda bu münaqişənin alovlanmasına səbəb ola bilər ki, bu da Rusiyanı razı sala bilməz.



Patruşevin Azərbaycana səfərinin ölkəmizin böyük nufuza malik olmasının təzahürü kimi qiymətləndirən politoloq qeyd edir ki, Azərbaycanın regionda özünəməxsus yeri var və Rusiya bunun fərqindədir.



Azərbaycan-Rusiya münasibətlərinin strateji tərəfdaşlıq həddində olduğunu vurğulayan Arzu nağıyev deyir ki, bu əlaqələr müxtəlif səviyyədə inkişaf etməkdədir.



Qeyd edək ki, Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev sentyabrın 3-də ölkəmizə səfərə gəlib. Prezident İlham Əliyevlə görüşən Rusiya təmsilçisi ilə görüşdə Azərbaycanla Rusiya arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, təhlükəsizlik və bütün digər sahələrdə uğurla inkişaf etdiyi qeyd edilib. Nikolay Patruşevin rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri zamanı ekstremizmə, terrorçuluğa qarşı mübarizə ilə bağlı qanunvericilik və əməkdaşlıq məsələlərinin müzakirə ediləcəyi bildirildi və bu səfərin münasibətlərimizin daha da inkişaf etdirilməsi işinə töhfə verəcəyinə əminlik ifadə olunu. Nikolay Patruşev bu gün Azərbaycanın Təhlükəsizlik Şurasının katibi Ramil Usubovla da görüşüb.



Xatırladaq ki, Patruşev avqustun 13-də Ermənistanda səfərdə olub. O İrəvanda Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla,həmçinin Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb.

Комментарии 0

Войдите, чтобы написать комментарий

Комментариев пока нет. Напишите первый.