RU
Загрузить видео

N.Gəncəvinin anım gecəsi keçirildi

Просмотров: 24 Последние новости
Dahi Nizami Gəncəvinin anım gecəsində Azərbaycan diaspor fəalları ilə yanaşı niderlandlı qonaqlar, eləcə də, burada fəaliyyət göstərən yəhudi, türk, uyğur təşkilatlarının üzvləri də iştirak edirdilər.

Tədbiri giriş sözü ilə Benilüks azərbaycanlıları Konqresinin sədri Elsevər Məmmədov açdı. Daha sonra Azərbaycan Respublikasının Niderland Krallığındaki səfiri Fikrət Axundova da dahi Nizaminin həyat və yaradıcılığından bəhs edərək, onun Azərbaycan tarixinə və ədəbiyyatına verdiyi töhvələrdən gələn yerli qonaqlara məlumat verdi.

Anım gecəsini təşkil edən BAK sədr müavini Sima Cəfərli ilə yanaşı Azərbaycan Niderland Odlar yurdu cəmiyyətinin sədri Frəngiz Bağırova da şairin yaradıcılığına nəzər saldılar və digər millətlərin nümayəndələrinə Nizami Gəncəvini tanıtdılar.

Anım gecəsi Niderlandda yaşayan kamança ustası İlham Babayevin və Frəngiz Bağırovanın ifaları ilə yekunlaşdı.

REAL-ın Avropa Bürosu.

Комментарии 0

Войдите, чтобы написать комментарий

Комментариев пока нет. Напишите первый.