RU
Загрузить видео

Müdafiə nazirindən açıqlama

Просмотров: 33 Последние новости
Azərbaycan-Türkiyə əlaqələri dövlət başçılarımızın rəhbərliyi ilə uğurla davam etdirilir.

Yenisabah.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov “Anadolu Qartalı - 2023” təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü”ndə deyib.

Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akarın dəvətilə qardaş ölkədə səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov beynəlxalq təlimin “Yüksək Səviyyəli Müşahidəçi Günü”ndə iştirak etmək üçün Konya şəhərinə gəliblər.

Təlimlərin keçirildiyi ərazidə fəxri qarovulun iştirakı ilə Azərbaycan nümayəndə heyətinin təntənəli qarşılanma mərasimi olub, xatirə şəkli çəkdirilib.

Sonra "Anadolu Qartalı" təlim mərkəzinin açılışı olub.

General-polkovnik Z.Həsənov və digər qonaqlar sərgidə “ASELSAN” və "Tubitak" şirkətlərinin nümayəndələri ilə görüşüb, nümayiş etdirilən müasir silah və avadanlıq nümunələri ilə tanış olublar.

Brifinq zalında qonaqlara “Anadolu Qartalı – 2023” taktiki-uçuş təlimində çəkilmiş görüntülər əsasında hazırlanan videoçarx təqdim olunub.

Birgə təlimlərin gedişi, yerinə yetirilən tapşırıqlar barədə yüksək səviyyəli qonaqlar üçün brifinq təqdim edilib.

Brifinqdən sonra Azərbaycan və Türkiyə Respublikalarının müdafiə nazirləri çıxış ediblər.

General-polkovnik Z.Həsənov təlimlərdə iştirak edən şəxsi heyəti salamlayaraq şəhid hərbi qulluqçulara və baş verən zəlzələ nəticəsində həlak olan insanlara rəhmət diləyib.

Комментарии 0

Войдите, чтобы написать комментарий

Комментариев пока нет. Напишите первый.