Mina terroru davam edir
Просмотров: 5
Последние новости
Ermənistanın mina terroruna məruz qalanların sayı gündən-günə artır. Daha bir mina hadisəsi noyabrın 5-də Tərtərdə baş verib. Rayonun Seyidimli kənd sakini saat 12:00 radələrində Tərtər rayonu Təpəkənd kəndinin təmizlənməyən ərazisində minaya düşüb. ANAMA-nın məlumatına görə, sözügedən şəxsin sağ ayağı pəncə nahiyəsindən amputasiya edilib. Tərtərdə analoji hadisə iki gün öncə də qeydə alınmışdı. Rayonun Borsunlu kəndi ərazisində mina partlayışı örüş yerinin yaxınlığında kənd sakininin fərdi təsərrüfatına aid heyvanlarını axtararkən baş vermişdi. Sadalanan hadisələr Ermənistanın ərazilərimizi döyüş poliqonuna çevirmək niyyətindən xəbər verir.
2023-ci il oktyabrın 1-dən 31-nə qədər aparılan minatəmizləmə əməliyyatları zamanı 6687.4 ha ərazi yoxlanılıb, 767 ədəd piyada və 928 ədəd tank əleyhinə mina, 8537 ədəd PHS aşkar olunaraq zərərsizləşdirilib. Torpaq resurslarının monitorinqi zamanı müəyyən edilib ki, uzunluğu 2000 km, sahəsi isə təxminən 4 200 hektar olan səngərlər və istehkamlar qurulmuş və bu torpaqlar kəskin antropogen eroziyaya məruz qalıb. İstisnasız, hər bir mina hadisəsi insanlıq əleyhinə cinayətdir.
Azərbaycan sülh və ərazilərində təhlükəsizlik istəyir. Ancaq ərazilərimizdə mina qurbanlarının sayının artması Ermənistanın sülh istəyiylə bağlı şübhə yaradır. Mina terroru beynəlxalq hüquq normalarına ziddir və İrəvan buna görə cavab verməlidir. Beynəlxalq təşkilatlar da Ermənistanın Azərbaycana qarşı mina terroruna biganə qalmamalıdır.
REAL

Комментарии 0
Войдите, чтобы написать комментарий
Комментариев пока нет. Напишите первый.