Mina problemi sülh prosesini ləngidir
Просмотров: 143
Последние новости
Ermənistanın təxribatı nəticəsində Şuşa rayonu ərazisində baş vermiş mina partlayışı zamanı üç hərbi qulluqçumuzun xəsarət alması rəsmi İrəvanın sülh prosesinə vurduğu növbəti zərbədir.
Ümumiyyətlə Ermənistan Azərbaycanın işğal edilmiş ərazilərində 30 il ərzində 1 milyondan çox mina basdırıb. 1990-cı illərin əvvəlindən 3300-dən çox vətəndaşımız mina qurbanı olub.
II Qarabağ müharibəsinin bitməsindən sonra isə istər mülkiləri, istərsə də hərbçilərimizi hədəfə alan minalar çoxsaylı qurbanlara səbəb olub.
Prezident İlham Əliyev martın 2-də Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Bakıda keçirilən Zirvə görüşündə çıxışı zamanı beynəlxalq ictimaiyyəti bir daha Ermənistanın mina cinayəti barədə məlumatlandırıb.
"Ermənistanın işğalına görə Azərbaycan dünyada mina ilə ən çox çirkləndirilmiş ölkələr arasındadır. İkinci Qarabağ müharibəsindən sonra, yəni, 2020-ci ilin noyabr ayından bəri 300 azərbaycanlı mina partlayışı nəticəsində həlak olub və ya yaralanıb".
Müdafiə Nazirliyinin yaydığı məlumata əsasən, Aprelin 22-si saat 17:00 radələrində Allahqulular kəndi ətrafındakı yüksəkliklərdə yerləşən mövqelərimizə təminat vasitələrini daşıyan Azərbaycan Ordusunun hərbi yük maşını ermənilər tərəfindən qəsdən yolun hərəkət istiqamətində basdırılmış minaya düşərək partlayıb.
Nəticədə avtomobilin sürücüsü və maşın başçısı yaralanıb, nəqliyyat vasitəsi sıradan çıxaraq yararsız vəziyyətə düşüb. Dərhal yaralılara yardım göstərmək üçün gələn hərbi qulluqçulardan biri də piyada əleyhinə minaya düşərək xəsarət alıb.
REAL

Комментарии 0
Войдите, чтобы написать комментарий
Комментариев пока нет. Напишите первый.