RU
Загрузить видео

Məxfi sənədi yayan əsgər tutuldu

Просмотров: 280 Последние новости
ABŞ Federal Təhqiqatlar Bürosu məxfi sənədləri sızdırmaqda şübhəli bilinən şəxsi həbs edib,

Oxu24.com xəbər verir ki, bu barədə New York Times qəzeti açıqlama yayıb.

Məlumata görə, həbs edilən şəxs ABŞ Hərbi Hava Qüvvələrinin Milli Qvardiyasının 21 yaşlı əsgəri Cek Teyşeyrdır. Həmin şəxs evində aparılan axtarış zamanı həbs edilib. Müstəntiqlərin fikrincə, o, Amerika kəşfiyyatının məxfi sənədlərinin sızması ilə bağlıdır.

“Massaçusets Hava Milli Qvardiyasının kəşfiyyat bölməsinin üzvü sızan sənədlərin ilk dəfə üzə çıxdığı onlayn qrupla əlaqəlidir. Teixeir, təxminən 20-30 nəfəri əhatə edən Thug Shaker Central adlı onlayn qrupa rəhbərlik edirdi. Onlar əsasən silahlara, irqçi onlayn memlara və video oyunlara ümumi sevgi üzərində birləşən gənc kişilər və yeniyetmələrdir.

Pentaqon Ukrayna qoşunlarının vəziyyəti, ABŞ və NATO-nun Ukrayna Silahlı Qüvvələrini gücləndirmək planları haqqında məlumatlara aid məxfi materialların sızmasını araşdırır. CNN-in məlumatına görə, bu sənədlər ABŞ-ın Ukrayna prezidentinə casusluq etdiyini göstərir. Bloomberg hesab edir ki, Pentaqonun məlumatlarının sızması ABŞ-ın Kiyevə yardımını çətinləşdirə bilər.

Комментарии 0

Войдите, чтобы написать комментарий

Комментариев пока нет. Напишите первый.