RU
Загрузить видео
Məşhur müğənni vəfat edib

Это видео сейчас нельзя воспроизвести.

Məşhur müğənni vəfat edib

Просмотров: 658 Последние новости
Amerikalı müğənni, aktyor və fəal Harri Belafonte vəfat edib.

Gundem.az xəbər verir ki, bu barədə "The New York Times" (NYT) qəzeti məlumat yayıb.

O, 96 yaşında Nyu-Yorkdakı evində dünyasını dəyişib. Ölümün səbəbi xroniki ürək çatışmazlığıdır.

Harri Belafonte 1927-ci il martın 1-də Nyu Yorkda Yamayka və Martinikadan olan mühacirlərin ailəsində anadan olub. İkinci Dünya Müharibəsi zamanı o, azyaşlı olmasına baxmayaraq, ABŞ Hərbi Dəniz Qüvvələrində xidmət edib. Tərxis olunduqdan sonra Nyu-Yorkda aktyorluq kurslarına yazılıb və yerli teatrlarda tamaşalarda və musiqili tamaşalarda rol almağa başlayıb.

1956-cı ilin may ayında Belafonte 1 milyon nüsxədən çox satılan ilk musiqi albomunu buraxıb.

Комментарии 0

Войдите, чтобы написать комментарий

Комментариев пока нет. Напишите первый.