RU
Загрузить видео

Məşhur kanal bağlandı

Просмотров: 1 857 Последние новости
“Lider” televiziyasının və radiosunun yayımı dayandırılıb.

Oxu24.com -un məlumatına görə, Milli Televiziya və Radio Şurası "Lider TV və Radio-Azərbaycan" MMC-nin müflisləşməsinin məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə təsdiq olunduğunu nəzərə alaraq, "Lider TV və Radio-Azərbaycan" MMC-yə ümumrespublika televiziya və radio yayımı üçün verilmiş 19 yanvar 2018-ci il tarixli, 169 qeydiyyat nömrəli lisenziyanın qüvvəsinə xitam verib.

Bununla əlaqədar "Lider TV və Radio-Azərbaycan" MMC-nin televiziya və radio yayımı 1 iyun 2021-ci il tarixdə saat 00:00-dan etibarən dayandırılıb.

Комментарии 0

Войдите, чтобы написать комментарий

Комментариев пока нет. Напишите первый.