RU
Загрузить видео

Melaniya Tramp əri ilə şəkil çəkdirmədi

Просмотров: 25 Последние новости
ABŞ-ın birinci xanımı Melaniya Tramp əri ilə şəkil çəkdirməkdən imtina edib. Bu barədə sosial şəbəkələrdə video paylaşılıb.

Hadisə Floridanın Palm Biç aeroportunda baş verib.

Protokola əsasən, cütlüklər təyyarədən çıxmalı və jurnalistlərin şəkil çəkməsi üçün bir müddət bir yerdə dayanmalı idilər.

Tvitter-də dərc olunan kadrlarda görünür ki, melaniya Donald Trampdan uzaq məsafədə dayanıb, əlindən tutmayıb və trapdan endikdən sonra cəld maşina doğru gedib.

Tramp fotoqraflara təkcə əl yelləməli olub.

Qeyd edək ki, melaniya Tramp dəfələrlə Amerika liderini pis vəziyyətdə qoyub. Belə ki, bundan əvvəl Romaya səfəri zamanı, ondan qabaq isə İsrailə sərəfi zamanı ərinin əlindən tutmaqdan imtina edib./faktxəbər

Комментарии 0

Войдите, чтобы написать комментарий

Комментариев пока нет. Напишите первый.