RU
Загрузить видео

Məktəblərdə vakant yerlər gizlədilib?

Просмотров: 74 Последние новости
Müəllimlərin yerdəyişməsi üzrə keçirilən müsabiqədə bəzi vakant yerlərin gizlədildiyi ortaya çıxıb. Təhsil İnstitutu nəzdində İnsan Resursları Mərkəzinin rəhbəri Murad Camalzadə "Xəzər Xəbər"ə bu barədə açıqlama verib. Onun sözlərinə görə, müəllimlərin yerdəyişməsi üzrə müsabiqəyə sənəd qəbulu başa çatıb və hazırda elektron sənədlər yoxlanır. Bu səbəbdən aşkarlanan yeni vakant yerlərin hamısını siyahıya əlavə etmək mümkün olmayıb. Həmin yerlərdən 3-ü yerdəyişmə müsabiqəsinə çıxarılıb. Digər 12 yer isə tarixlər düz gəlmədiyinə görə müəllimlərin işə qəbulu üzrə müsabiqəyə çıxarılacaq. Qeyd edək ki, anoloji hal ötən il də baş verib. İstər müddətli müqavilə ilə işə qəbul zamanı nöqsanlara yol verən şəxslər barəsində, istərsə də vakant yerlərin gizlədilməsi üzrə intizam tənbehi tədbirləri görülüb. Ekspertlər belə halların qarşısının alınması üçün məktəblərin kadr ehtiyatının tam elektronlaşdırılmasının vacibliyini vurğulayırlar. Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Комментарии 0

Войдите, чтобы написать комментарий

Комментариев пока нет. Напишите первый.