RU
Загрузить видео

Livan Fələstindəki səfirliyini Qüdsdə açacaq

Просмотров: 12 Последние новости
Livan Fələstin dövlətindəki səfirliyini Şərqi Qüdsdə açmağı planlaşdırır.

APA TV-nin məlumatına görə, İstanbulda keçirilən İslam Əməkdaşlıq Təşkilatının Qüdsə həsr olunan fövqəladə zirvə görüşündə verilən qərardan sonra Livan Qüdsdə səfirlik açmaq məsələsini gündəmə gətirib. Təklifi xarici işlər naziri Cibran Basil verib.

Bunun üçün baş nazir Saad Haririnin rəhbərlik edəcəyi komitə yaradılıb. Cibran Basil "Twitter"də Fələstin dövlətinin rəhbəri Mahmud Abbasdan açmağı planlaşdırdıqları səfirlik üçün Şərqi Qüdsdə torpaq ayrılmasını xahiş edib.

Bu arada Türkiyənin Millətçi Hərəkat Partiyasının rəhbəri Dövlət Baxçalı da Fələstində yerləşən konsulluğu səfirlik səviyyəsinə qaldırmağı təklif edib.

Комментарии 0

Войдите, чтобы написать комментарий

Комментариев пока нет. Напишите первый.